“Liverpul” Salahı satsa, Mbappeni transfer edə bilər
İngiltərənin PSJ klubunun futbolçusu Kilian Mbappe karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az “TeamTalk” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” yayda Məhəmməd Salahı satsa, fransalı hücumçunu heyətə cəlb etmək üçün çalışacaq.
Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının misirli forvardla maraqlandıqları bildirilib.
Qeyd edək ki, Salah 2017-ci ildən Mersisayd təmsilçisinin formasını geyinir. Mbappe isə 2017-ci ildə Paris klubuna keçib.







