featured-image-45816

“Liverpul” “Real”ın hücumçusu Rodriqo Qoeslə maraqlanır. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, İngiltərə klubu 27 yaşlı forvarda Muhammed Salaha əvəzləyici kimi baxır.

Mənbənin sözlərinə görə, “kral klubu” braziliyalı futbolçuya görə 100-120 milyon avro istəyir. “Liverpul” isə Rodriqoya görə, 80 milyon avro ödəməyə hazırdır.

Salahın yayda Səudiyyə Ərəbistanı çempionatına yollanmaq ehtimalı var. Mbappe “Real”a gəldikdən sonra isə Rodriqonun heyətə düşmək ehtimalı azalacaq.

 

Bənzər xəbərlər