“Liverpul” Szoboslai transferini bitirir
“Leypsiq”in yarımmüdafiəçisi Dominik Szoboslai “Liverpul”la razılaşıb.
Msport.az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Mersisayd təmsilçisi ilə 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə bağlayacaq.
“Liverpul” macarıstanlı futbolçu üçün qarşı tərəfə 70 milyon avro ödəyəcək.
Qeyd edək ki, Szoboslai son mövsüm ərzində 46 oyuna çıxıb, 10 qol vurub və 13 məhsuldar ötürmə edib.
Royal Türksoy







