“Liverpul” Trentə əvəzləyici tapdı
“Liverpul” müdafiəçi Trent Aleksander-Arnoldun yayda klubu tərk edəcəyi ilə əlaqədar olaraq ona əvəzləyici axtarır.
Msport.az xəbər verir ki, “qırmızılar” kollektivin əsas oyunçularından birinin yerini doldurmaq üçün artıq işə başlayıb.
Premyer Liqa çempionu “Bayer”in üzvü Jeremi Frimponq və “Monako”nun oyunçusu Vandersonla maraqlanır. Braziliyalı Vandersona layiqli transfer təklifi olacağı halda “Monako” onun gedişinə razı ola bilər. Lakin klub Çempionlar Liqasının növbəti mövsümündən əvvəl liderlərindən biri ilə vidalaşmaq istəmir. Futbolçunun “Monako” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Trent Aleksander-Arnold 2004-cü ildən “Liverpul”un sistemində yer alır. Onun karyerasını “Real”da davam etdirməsi gözlənilir.