featured-image-44063

“Liverpul” Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmanın namizədliyini nəzərdən keçirir. Msport.az “The Telegraph”a istinadən xəbər verir ki, Xabi Alonsonun təyinatı baş tutmasa, İngiltərə klubu Naqelsmanla danışıqlar aparacaq.

Mənbənin sözlərinə görə, “Sportinq”in ispaniyalı çalışdırıcısı Ruben Amorim də namizədlər sırasındadır. Amma “Liverpul” üçün əsas variant “Bayer”in baş məşqçisi Xabi Alonso sayılır.

Xatırladaq ki, Yurgen Klopp yanvarın 26-da bəyan edib ki, mövsümün sonunda komandanı tərk edəcək.

Naqelsmanın rəhbərliyi altında Almaniya seçməsi bu yay öz vətənlərində təşkil olunacaq Avropa çempionatında mübarizə aparacaq.

Bənzər xəbərlər