featured-image-47050

İngiltərənin “Liverpul” klubunun futbolçusu Luis Diası karyerasını İspaniyada davam etdirə bilər.

Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Barselona” kolumbiyalı üçün hərəkətə keçib.

Kataloniya təmsilçisi Luis Diası razı salmağa çalışır.

İspaniya nəhəngi 27 yaşlı kolumbiyalıya görə “Liverpul”a istədiyi məbləği  ödəyəcək.

Dias İngiltərə Premyer Liqasının bu mövsüm 32 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər