featured-image-54678

“Liverpul”un futbolçusu Trent Aleksander-Arnold klub sahibi olmaq niyyətindədir.

Msport.az xəbər verir ki, ingiltərəli sağ cinah müdafiəçisi Fransanın “Nant” klubunu almaq istəyir. Bu barədə “L’equipe” nəşri məlumat yayıb.

25 yaşlı arxa xətt oyunçusu artıq ilkin addımları atıb və danışıqlara başlayıb. Futbolçu klubu almaq üçün 140 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, “Nant” klubu 1943-cü ildə qurulub. “Sarı-yaşıllar” 8 dəfə ölkə çempionu olub. Komanda Liqa 1-də 4 turdan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər