featured-image-40538

İngiltərənin “Liverpul” klubunun futbolçusu Joel Matip mövsümü erkən başa vurub.

Msport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Fulhem”lə XIV tur matçında zədələnən müdafiəçinin ön çarpaz bağı yırtılıb.

Qeyd edək ki, Matipin klubla müqaviləsi mövsümün sonunda bitəcək. O, cari mövsüm 10 matçda meydanda olub.

Bənzər xəbərlər