featured-image-57891

“Liverpul”un futbolçusu Federiko Kyeza sıraya dönüb.

Msport.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi ümumi qrupla məşqlərə qayıdıb.

Onun UEFA Çempionlar Liqasında bu gün “Real”la keçiriləcək matç üçün heyətə daxil edilmək şansı var.

Qeyd edək ki, Kyeza zədəsi ilə əlaqədar “Liverpul”da cəmi 3 oyun keçirib.

Bənzər xəbərlər