“Liverpul”un hücumçusu “Bavariya” yolunda
“Liverpul”un futbolçusu Luis Dias karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Bavariya”nın idman direktoru Maks Eberl 28 yaşlı vingerin nümayəndələri ilə əlaqə saxlayıb.
Daha əvvəl futbolçu və onun agentlərinin “Liverpul”dan narazı qaldığı bildirilirdi.
Qeyd edək ki, Luis Diasın Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.