featured-image-27471

“Mançester Yunayted”in əfsanəsi Roy Kin “Liverpul”un müdafiə xəttini tənqid edib. Msport.az xəbər verir ki, Yurgen Kloppun komandası İngiltərə Premyer Liqasının 30-cu turunda “Arsenal”la bərabərə qallb – 2:2.

“Müdafiçilər çox pis oynadılar. “Liverpul”un belə oynamağa haqqı yoxdur. Heç bir intensivlik yox idi. Jezus cərimə meydançasının ortasında dayanıb, Van Deyk isə topu izləyir. Heç bir təzyiq, heç bir pressinq yoxdur. “Arsenal”ın hücumçusu üçün çox asan idi. Hətta o, öz uğuruna inana bilmədi. “Liverpul”un müdafiəsi “pub” komandasına oxşayır. Hər kəs öz yerində dayanır, ancaq bu “bardak”dır”.

Xatırladaq ki, turun mərkəzi oyununda “Arsenal” 2:0 önə keçsə də “Liverpul” iki qol vuraraq məğlubiyyətdən qaça bilib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər