featured-image-48739

İngiltərənin “Liverpul” klubunun qapıçısı Alison Beker karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

Adı açıqlanmayan klub braziliyalı qolkiperə 3 illik müqavilə təklif edib.

Qeyd edək ki, 31 yaşlı oyunçu cari mövsüm bütün turnirlərdə 32 matçda meydanda olub. Onun Mersisayd təmsilçisi ilə hazırkı sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Bənzər xəbərlər