featured-image-43824

İngiltərənin “Liverpul” klubunun qapıçısı Alisson Bekker zədələnib.

Msport.az xəbər verir ki, qolkiper komandanın məşqi zamanı sıradan çıxıb.

Onun zədəsinin ciddi olduğu bildirilir.

Diz nahiyəsindən aldığı zədə səbəbində Alisson Braziliya millisinin İngiltərə (23 mart) və İspaniyaya (26 mart) qarşı yoldaşlıq oyunlarında iştirak edə bilməyəcək.

Alisson millinin oyunlarından əlavə, “Liverpul”un İngiltərə Premyer Liqasında “Luton Taun”, “Nottinqem Forest”, “Mançester Siti” və “Everton”a qarşı görüşlərini, həmçinin “Çelsi” ilə İngiltərə Liqa Kuboku matçını buraxmaq məcburiyyətində qalacaq.

Bu mövsüm braziliyalı qapıçı 24 oyun keçirib, 21 qol buraxıb.

Bənzər xəbərlər