featured-image-77219

İngiltərə Premyer Liqasının 33-cü turunda “Everton”la oyunda zədələnən “Liverpul”un qapıçısı Qeorqi Mamaradaşvilinin vəziyyəti məlum olub.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Qreqq Evans paylaşım edib.

Onun sözlərinə görə, gürcüstanlı qolkiper 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Mamaradaşvili artıq xəstəxanadan çıxıb lakin o, ən azı 3-4 həftə futbol oynaya bilməyəcək.

Mövsümün sonunda “Liverpul”un çərçivəsini 3-cü qapıçı Freddi Vudman qorumalı olacaq.

Alison Bekerin qayıdışı isə mayın 3-də “Mançester Yunayted”lə oyuna gözlənilir.

Bənzər xəbərlər