“Liverpul”un sabiq futbolçusu Türkiyə klubunda
“Liverpul”un sabiq futbolçusu Nəbi Keyta karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Msport.az xəbər verir ki, “Hatayspor” “Verder”in yarımmüdafiəçisini heyətinə qatacaq. Bu barədə “TRT Spor” televiziyası məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. Almaniya klubu 2026-cı ilə kimi müqaviləsi olan futbolçu üçün təzminat tələb etməyəcək. Keyta özü də “Hatayspor”la anlaşıb.
Qeyd edək ki, Nəbi Keyta 2018-2023-cü illərdə “Liverpul”da çıxış edib. 29 yaşlı yarımmüdafiəçi ötən ilin yayında “Verder”ə keçib.