featured-image-25561

“Qremio”nun yarımmüdafiəçisi Lukas Leyva səhhətinə görə karyerasını bitirməli olub. Msport.az xəbər verir ki, ürəyində problemləri olan “Liverpul”un sabiq üzvünə futbol oynamaq qadağan edilib. Dünən o, karyerasını başa vurduğunu elan edib.

Həkimlər Leyvaya ötən ilin dekabrında bu diaqnozu qoyublar. O, həmin vaxtdan kardioloji müayinələrdən keçirdi və müalicə alırdı.

Leyva peşəkar karyerasına Braziliyanın “Qremio” klubunda başlayıb. O, 2004-2017-ci illərdə “Liverpul”da çıxış edib və İngiltərə Premyer Liqasında 247 oyunda meydana çıxıb. “Liverpul”dan ayrıldıqdan sonra “Latsio”ya keçən futbolçu 2022-ci ildə “Qremio”ya qayıdıb.

Lukas Braziliya yığmasında 24 oyun keçirib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər