“Liverpul”un seriyası qırıldı
İngiltərə Premyer Liqasının 36-cı turunda keçirilən “Liverpul” – “Arsenal” oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Msport.az xəbər verir ki, bununla “qırmızılar”ın Premyer Liqada ardıcıl 7 ev qələbə seriyası qırılıb.
“Mersisaydlılar”ın öz meydanında qalibiyyət seriyası yanvarda “İpsviç”lə (4:1) matçda başlayıb. Daha sonra komanda doğma arenasında “Vulverhempton” (2:1), “Nyukasl” (2:0), “Sauthempton” (3:1), “Everton” (1:0), “Vest Hem” (2:1) və “Tottenhem”i (5:1) məğlub edib.
Vaxtından əvvəl İngiltərə çempionluğunu qazanan “Liverpul” 83 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. “Arsenal” isə 68 xalla ikinci yerdə qərarlaşıb.