featured-image-29065

İngiltərə hakimlərinin həmkarlar təşkilatı “Liverpul”un baş məşqçisi Yurgen Kloppa qarşı sərt addımlar atılmasını tələb edib.

Msport.az xəbər verir ki, Martin Kessidi klubun hesabından xal silinməsi təklifini irəli sürüb.

“Tottenhem”lə oyununun (4:2) sonunda almaniyalı mütəxəssis Dieqo Jotanın qolunu çılğıncasına qeyd edib. Bu zaman o, dördüncü hakimə tərəf qaçaraq nəsə qışqırıb və buna görə, sarı vərəqə ilə cəzalanıb.

“Əgər İngiltərə Futbol Assosiasiyası belə şeylərlə mübarizə aparmasa, bu, heç vaxt dəyişməyəcək. “Liverpul”u 30 min funt cərimə etmək mənasızdır. Xallarını silin və onlar səslərini kəsib, özlərini yaxşı aparacaqlar. Texniki zonadan kənara çıxmamaq qərarı illərdir qüvvədədir, amma get-gedə lap pis olur”.

Bənzər xəbərlər