featured-image-46361

“Liverpul” “Sportinq”in baş məşqçisi Ruben Amorimə təklif göndərib. Msport.az xəbər verir ki, İngiltərə klubu 39 yaşlı mütəxəssisə 3 illik müqavilə təklif edib.

Tərəflər gələcək əməkdaşlığın şərtlərini müzakirə edirlər.

Amorimin Lissabon təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. Yayılan informasiyaya görə, “Liverpul” portuqaliyalı mütəxəssisi 2024-cü ilin yayında baş məşqçi postuna gətirmək istəsə, “Sportinq”ə 20 mil avro kompensasiya ödəməli olacaq.

Xatırladaq ki, Ruben 2020-ci ilin martında “Sportinq”in sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında Portuqaliya çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb və bir dəfə superkubokun sahibi olub.

Bənzər xəbərlər