featured-image-61678

“Liverpul” “Barselona”sının futbolçusu Ronald Arauxonun transferində maraqlıdır.

Msport.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu uruqvaylı müdafiəçini bu yay müqaviləsi başa çatacaq Vircil van Deykin mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.

İddiaya görə, Kataloniya təmsilçisi 25 yaşlı oyunçunu satmağın əleyhinı deyil və 60 milyon avroluq təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Arauxo bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 8 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.

Bənzər xəbərlər