“Liverpul” yarımmüdafiə xəttini onunla gücləndirəcək
“Liverpul” yayda yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Msport.az xəbər verir ki, Mersisayd təmsilçisi “Bayern Münhen”in gənc futbolçusu Rayan Qravenbexlə maraqlanır. Məlumata görə, “Liverpul” rəsmiləri artıq futbolçunun keçidi üçün 20 yaşlı futbolçunun atasıyla ilkin danışıqlar aparıb. Mümkün keçidin 28 milyon avro civarında olacağı təxmin edilir.
Qeyd edək ki, Qravenberx “Bayern”ə mövsümün əvvəlində “Ayaks”dan keçib.







