featured-image-5753

“Liverpul” “Benfika”nın hücumçusu Darvin Nunyezin transferini açıqlayıb. Msport.az klubun saytına istinadən xəbər verir ki, futbolçunun Mersisayd klubu ilə müqaviləsi 2028-ci ilin iyununa kimi nəzərdə tutulub.

Nunyezin İngiltərə rklubuna 100 milyon avroya başa gəldiyi deyilirdi.

22 yaşlı forvard ötən mövsüm bütün turnirlərdə 41 oyunda 34 qol vurub və 4 məhsuldar ötürmə verib. Uruqvay millisinin üzvü 2020-ci ilin sentyabrından “Benfika”da çıxış edirdi.

Nunyes yığmada 11 oyunda 2 dəfə fərqlənib.

Bənzər xəbərlər