Lokatelli “Yuventus”u tərk edə bilər
Manuel Lokatelli “Yuventus”u tərk edə bilər. Msport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını A seriyasının başqa klubunda davam etdirməyə yaxındır.
İtaliya mətbuatının yazdığına görə, “Fiorentina” futbolçunu sıralarına qatmaq istəyir. “Yuve” Loketellini 40 milyon avrodan aşağı satmaq istəmir, bu rəqəm isə Florentsiya klubu üçün çoxdur. Tərəflər arasında danışıqlar davam edir.
Lokatelli 2021\2022 mövsümündən Turin təmsilçisində çıxış edir. Onun “qoca sinyora” ilə müqaviləsi 2028-ci ilin iyununa kimidir.
Transfermarkt onu 28 milyon avro dəyərləndirir.