featured-image-40567

“Vest Hem” və “Kristal Pelas” Fransanın PSJ klubunun futbolçusu Uqo Ekitikeni transfer etmək istəyir.

Msport.az “Evening Standard”a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu ilə hər iki London klubu maraqlanır.

Onlar həm PSJ, həm də futbolçunun özü ilə müqavilənin şərtləri ilə bağlı danışıqları davam etdirirlər.

21 yaşlı hücumçu “Reyms” və “Veyle”də oynadıqdan sonra 2022-ci ildə PSJ-yə keçib.

Bənzər xəbərlər