featured-image-47662

İngiltərənin “Tottenhem” komandasının məğlubiyyət seriyası 4 oyuna çatdıb.

Msport.az xəbər verir ki, London klubu İngiltərə Premyer Liqasının XXXVI turunda səfərdə “Liverpul”a 2:4 hesabı ilə məğlub olub.

Paytaxt təmsilçisi bundan əvvəl “Nyukasl” (0:4), “Arsenal” (2:3) və “Çelsi”yə (0:2) də uduzmuşdu. Bununla “Tottenhem” 2004-cü ilin noyabrından bəri, yəni son 20 ildə ilk dəfə Premyer Liqada ardıcıl 4 matçda yenilib.

Qeyd edək ki, “Tottenhem” hazırda 60 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alır.

Bənzər xəbərlər