featured-image-44749

İspaniyanın “Barselona” klubunun futbolçusu Daniel Rodriges karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Tottenhem” 18 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

London təmsilçisi onu azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Rodrigesin Kataloniya klubu ilə müqaviləsi yayda başa çatacaq. Tərəflər yeni sözləşmə ilə bağlı razılığa gələ bilmirlər.

Bənzər xəbərlər