featured-image-41483

İngiltərənin “Tottenhem” klubu qapıçısı Uqo Lyorislə yollarını ayırıb.

Msport.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 37 yaşlı qolkiperin müqaviləsini ləğv edib.

Təcrübəli oyunçu karyerasını ABŞ-nin “Los-Anceles” komandasında davam etdirəcək.

Qeyd edək ki, 2012-ci ildən “Tottenhem”də çıxış edən Lyorisin sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatmalı idi. O, 2018-ci ildə Fransa millisi ilə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub. Qapıçı ilin əvvəlində yığma karyerasını bitirdiyini açıqlamışdı.

Bənzər xəbərlər