London klubunda 6 illik müqavilə
“Tottenhem” “Bornmut”un futbolçusu Dominik Solankeni transfer edib.
Msport.az klubun saytına istinadən xəbər verir ki, ingiltərəli hücumu ilə 6 illik müqavilə imzalanıb.
Daha əvvəl mətbuatda London klubunun Solankenin transferi üçün “Bornmut”a 65 milyon funt sterlinq ödəyəcəyi barədə məlumatlar yayılmışdı.
26 yaşlı hücumçu 2023/2024 mövsümündə “Bornmut”un bombardiri olub. O, bütün yarışlarda 42 matçda iştirak edib, 21 qol vurub və 4 qolun ötürməsini verib.