London klubundan transfer
İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, London təmsilçisi “Vulverhempton”un mərkəz müdafiəçisi Maks Kilmenı transfer edib.
Onunla 7 illik müqavilə imzalanıb. 27 yaşlı arxa xətt oyunçusu üçün 40 milyon funt sterlinq ödənilib. O, əvvəlki klubunda da indiki baş məşqçisi Xulen Lopeteqinin rəhbərliyi altında forma geyinib.
Qeyd edək ki, Maks ötən mövsümün 38 matçında 2 qola imza atıb.