featured-image-49104

İngiltərənin “Tottenhem” klubu mövsümlərarası fasilədə heyətində islahatlar aparmağa başlayıb.

Msport.az xəbər verir ki, London təmsilçisi 4 futbolçu ilə yollarını ayırdığını açıqlayıb.

Klubdan gedənlər müqaviləsi başa çatanlar olub. Erik Dayer, İvan Perişiç, Rayan Sessenyon və Cafet Tanqanqa ilə yeni anlaşma imzalanmayıb. Onlardan ikisi özünə yeni klub da tapıb. Dayer “Bavariya”ya, Perişiç “Hayduk”a keçəcək.

Qeyd edək ki, “Tottenhem” Premyer Liqanın başa çatan mövsümündə 6-cı yeri tutub.

Bənzər xəbərlər