featured-image-51587

İngiltərənin “Tottenhem” klubu iki futbolçunu almaq üçün 128 milyon funt-sterlinq (151,7 milyon avro) xərcləyə bilər.

Msport.az xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.

London təmsilçisi “Kristal Pelas”dan yarımmüdafiəçi Ebereçi Eze və “Vulverhempton“dan vinger Pedru Netunu heyətinə cəlb etmək istəyir.

Digər Premyer Liqa təmsilçisi “Mançester Siti” də Ezenin xidmətində maraqlıdır.

Qeyd edək ki, Eze ötən mövsüm bütün yarışlarda 31 oyunda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Netu isə 24 görüşdə 3 dəfə rəqib qapılarına yol tapıb və 11 assist edib.

Bənzər xəbərlər