London təmsilçisi yarımmüdafiəçisini itirdi
Norveç millisinin yarımmüdafiəçisi Martin Edeqor sıradan çıxıb.
Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu Millətlər Liqasında Avstriya ilə keçirilən oyunda zədələnib.
Ulduz futbolçu 67-ci dəqiqədə toqquşma nəticəsində xəsarət alaraq əvəzlənib. Qarşılaşmadan dərhal sonra “Arsenal”ın tibbi heyəti Norveç millisindəki həmkarları ilə əlaqə saxlayıb. Edeqor Premyer Liqa çərçivəsində “Tottenhem”lə qarşıdakı oyunu buraxa bilər.
Qeyd edək ki, “Tottenhem” – “Arsenal” oyunu sentyabrın 15-də keçiriləcək.