featured-image-54338

İngiltərənin “Çelsi” klubu hücumçu Nikolas Ceksonla yeni müqavilə imzalayıb.

Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni anlaşmanın müddəti 2033-cü ilə qədər nəzərdə tutulub.

23 yaşlı seneqallı 2023-cü ildə 37 milyon avroya İspaniyanın “Vilyarreal” klubundan transfer olunub.

Qeyd edək ki, Nikolas Cekson London klubunun heyətində keçirdiyi 44 oyunda 17 qol vurub və 6 məhsuldar ötürməyə imza atıb.

Bənzər xəbərlər