London təmsilçisində itki
“Çelsi” əsas heyət oyunçusu Malo Qyustonu itirib.
Msport.az xəbər verir ki, 21 yaşlı sağ cinah müdafiəçisi bud nahiyəsindən zədələnib.
Fransalı oyunçu Premyer Liqanın III turunda “Kristal Pelas”la görüşdə (1:1) xəsarət alaraq 74-cü dəqiqədə əvəzlənib. O, Fransanın gənclər millisinin qarşıdakı rəsmi oyunlar üçün heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, Malo Qyusto bu mövsüm “Çelsi”nin 4 matçında 266 dəqiqə meydanda olub.