featured-image-44238

İngiltərənin “Kristal Pelas” klubu futbolçusu Şeyk Dukure ilə müqavilənin müddətini uzadıb.

Msport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi “X” hesabı məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli sözləşmə bağlanıldığı bildirilib. Müqavilənin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək kİ, Mali millisinin üzvü 2022-ci ildən London təmsilçisinin uğurları üçün çalışır.

Bənzər xəbərlər