featured-image-48906

“Arsenal” komandanın baş məşqçisi Mikel Artetaya yeni təklif hazırlayıb.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, yaxın vaxtlarda tərəflər arasında yeni təklifin müzakirəsi olacaq. Klub rəhbərliyi məşqçinin işindən razıdır. Hər iki tərəf bir-biri ilə yeni müqavilə imzalamaq istəyir. Məşqçi ilə klub arasında yeni müqavilə imzalansa, 42 yaşlı mütəxəssis Avropanın ən çox maaş alan məşqçilərindən biri olacaq.

Xatırladaq ki, ispaniyalı məşqçi 2019-cu ilin dekabrında “Arsenal”a rəhbərlik edir. Onun rəhbərliyi altında “topçular” İngiltərə kubokunu qazanıb və iki dəfə İngiltərə Superkubokunun sahibi olub.

Qeyd edək ki, 2023/2024 mövsümündə “Arsenal” “Mançester Siti”dən 2 xal az toplayaraq, Premyer Liqanı ikinci yerdə tamamlayıb. Artetanın londonlularla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər