London təmsilçisindən olimpiada qadağası
Argentina millisinin futbolçusu Entso Fernandes Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
Msport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə bağlı qərarı çıxış etdiyi İngiltərənin “Çelsi” klubu verib.
London təmsilçisi cənubi amerikalının Olimpiadaya getməsinə qadağa qoyub. Onun adı yığmanın ilkin heyətinə daxil edilsə də, London təmsilçisi Fernandesin həmin vaxt klubun düşərgəsində olmasını istəyib.
Qeyd edək ki, DÇ-2022-nin çempionu ötən mövsümün 40 matçında 7 qol vurub.