featured-image-41912

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, London təmsilçisi İtaliyanın “Cenoa” komandasının mərkəz müdafiəçisi Radu Drequşini transfer etdiyini rəsmən açıqlayıb.

Rumıniya millisinin üzvü londonlularla 2030-cu ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Radu Drequşin bu mövsüm “Cenoa”nın heyətində bütün turnirlərdə 22 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər