Loran Blan istefaya göndərildi
Səudiyyə Ərəbistanın “Əl ittihad” klubu baş məşqçisi Loran Blanı istefaya göndərib. Msport.az xəbər verir ki, çempionatın 4-cü turunda evdə “Əl Nəsr”ə 0:2 hesablı məğlubiyyətdən sonra belə qərar qəbul olunub.
Müvəqqəti olaraq baş məşqçi səlahiyyətləri kapitan Həsən Xəlifəyə həvalə edilib. Ona U-21 komandasının baş məşqçisi İvan Karrasko kömək edəcək.
Qeyd edək ki, 59 yaşlı Blan 2024-cü ilin iyulunda “Əl İttihad”ın “sükanı” arxasına keçmişdi. O, artıq birinci mövsümdə komandaya çempionluq və Kral kubokunu qazandırmışdı.
“Əl İttihat” cari mövsümdə 3 ardıcıl qələbədən sonra bir oyunda uduzub.







