featured-image-68899

“Beşiktaş” UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşü ərəfəsində ciddi itki ilə üzləşib.

Msport.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Milot Raşitsa zədələnib.

Bunu komandanın baş məşqçisi Ole Qunnar Sulşer mətbuat konfransında açıqlayıb. O, ayaq əzələsindən zədə alan kosovolu futbolçunun sabah “Lozanna” (İsveçrə) ilə keçiirləcək görüşdə iştirak edə bilməyəcəyini deyib.

Qeyd edək ki, “Beşiktaş” – “Lozanna” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İsveçrədə keçirilən ilk oyun 1:1 hesabı ilə yekunlaşıb.

Bənzər xəbərlər