featured-image-28499

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku səhhəti ilə əlaqədar bir müddət komandaya rəhbərlik edə bilməyəcək.

Msport.az xəbər verir ki, rumıniyalı mütəxəssisin ayağında əməliyyat olunacaq:

“Bu gündən həkim nəzarətində olacam. Ayağımda əməliyyat olunmalıdır. Baş məşqçi səlahiyyətlərini Aleksandr Şovkovski yerinə yetirəcək. Ancaq biz daim komanda ilə birgə olacağıq, vəziyyətə nəzarət edəcəyik.

Mən Ukraynadan gedə bilərdim, amma qərara aldım ki, burda qalmalıyam və əməliyyat Kiyevdə olmalıdır. Bu axı komanda üçün, həm də ölkə üçün vacibdir” – Luçesku belə deyib.

77 yaşlı məşqçi 2020-ci ildən “Dinamo”ya rəhbərlik edir. Onun müqaviləsi 2024-cü ilə kimidir.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər