featured-image-39320

Ukraynanın “Dinamo” klubunda baş məşqçi vəzifəsini icra edəcək şəxs müəyyənləşib.

“Report” Kiyev təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda hələlik Aleksandr Şovkovskiyə tapşırılıb.

48 yaşlı mütəxəssis paytaxt klubunu növbəti oyunlara hazırlayacaq.

“Dinamo”nun baş məşqçisi Mirça Luçesku ötən gün “Şaxtyor”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra istefa verib və karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Aleksandr Şovkovski 1992 – 2016-cı illərdə “Dinamo”nun qapıçısı olub

Bənzər xəbərlər