“Ludoqorets” çempion olub, növbəti rekorda gedir
“Ludoqorets” növbəti dəfə Bolqarıstan çempionu olub. Msport.az xəbər verir ki, Razqrad təmsilçisi yerli liqada ardıcıl 12-ci dəfə qələbə qazanıb.
Bu göstəricidə rekord Vanuatudan “Tafea” klubuna məxsusdur. Komanda 1994-2009-cu illər arasında 15 titul əldə edib.
İvaylo Petevin rəhbərlik etdiyi “Ludoqorets”in ümumilikdə, 12 çempionluğu var. Bu ÇSKA (31) və “Levski”dən (26) sonra ölkədə 3-cü göstəricidir.
ANAR







