Lui van Qal xərçəngə qalib gəldi
Niderland milli komandasının sabiq baş məşqçisi Lui van Qal xərçəng xəstəliyinə qalib gəldiyini açıqlayıb. Msport.az xəbər verir ki, 73 yaşlı mütəxəssis bildirib ki, xəstəlik artıq onu narahat etmir. O, özünü artıq daha yaxşı hiss edir.
Van Qal 4 ildən çox idi ki, prostat xərçəngindən əziyyət çəkirdi.
Təcrübəli məşqçi əvvəlcə futbolçulardan öz xəstəliyini gizlədirdi: o, gecələr xəstəxanaya gedərək, məşqləri davam etdirirdi.
Məşqçi sənədli filmə çəkilərək öz problemləri barədə ətraflı danışmış və bu yolla ankoloji xəstəliklə mübarizə aparan digər insanlara dəstək olmuşdu.