Luis Enerikedən Poçettinoya kimi - "Tottenhem"in məşqçilər siyahısı
“Tottenhem”in baş məşqçi postuna namizədlərin adları məlum olub. Msport.az “Sky Sport”a istinadən xəbər verir ki, London klubu sabiq məşqçisi Maurisio Poçettino ilə yenidən əməkdaşlıq edə bilər. Argentinalı mütəxəssis vakant posta əsas namizəd hesab olunur.
Namizədlər siyahısında bu günlərdə “Bayern Münhen”dən qovulmuş Yulian Naqelsmann, İspaniya yığmasının sabiq çalışrıcısı Luis Enerike və Zinəddin Zidan da var.
Qeyd edək ki, Poçettino 2014-2019-cu illər aralığında “Tottenhem”in baş məşqçisi olub.
London klubuna mövsümün sonuna kimi Kristian Stellini rəhbərlik edəcək. Yeni baş məşqçi ilə bağlı qərar yayda veriləcək.
ANAR ABDULLAYEV







