Luis Enrike əməliyyat olundu
PSJ-nin baş məşqçisi Luis Enrike əməliyyat olunub.
Msport.az xəbər verir ki, bir neçə gün əvvəl ispaniyalı mütəxəssisin velosipeddən yıxılaraq körpücük sümüyünü sındırdığı açıqlanmışdı.
55 yaşlı çalışdırıcı uğurlu əməliyyat keçirib və artıq sağalma prosesindədir.
Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Fransa təmsilçisi ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, kubokunu və Superkuboku qazanıb.