featured-image-20385

Luis Enrike Braziliya milli komandasının “sükanı” arxasına keçə bilər.

Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, Braziliya Futbol Konfederasiyası (CBF) Titenin istefasından sonra vakant olan posta bu gündən namizədləri müəyyələşdirmək üçün işə başlayacaq.

İspaniya yığmasının sabiq çalışdırıcısı Luis Enrike bu vəzifəyə əsas namizəd sayılır. Onun təyinatı Joze Mourinyo və ya Karlo Ançelottinin dəvət olunmasından daha rahat və real görünür.

Əvvəlcə CBF-in prezidenti bu postda Pep Qvardiolanı görməyi arzulayırdı. Ancaq ispaniyalı mütəxəssis “Mançester Siti”ni tərk etmək niyyətində deyil.

Enrikenin “Barselona” və İspaniya yığmasındakı işinə görə, braziliyalı futbol funksionerləri  onun namizədliyini müsbət dəyərləndirirlər.

CBF rəhbərliyi həm də ümid edir ki, o, yığmaya gənc istedadları da cəlb edəcək.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər