featured-image-65798

PSJ-nin baş məşqçisi Luis Enrike karyerasında ikinci dəfə Çempionlar Liqası kubokunu qazanıb.

Msport.az xəbər verir ki, o, ilk dəfə bu uğura 10 il əvvəl “Barselona” ilə nail olmuşdu.

Enrike titul sayında 3 dəfə turnirdə qələbə qazanan Bob Peysli, Zinədin Zidan və Xosep Qvardiola, eləcə də ÇL-in 5 qat qalibi Karlo Ançelottidən geri qalır.

Luis həm də iki fərqli komanda ilə mövsümü 3 titulla başa vuran ikinci məşqçi olub. Ondan əvvəl Xosep Qvardiola “Barselona” və “Mançester Siti” ilə treblə imza atmışdı.

Bundan başqa, ispaniyalı məşqçilər Çempionlar Liqasında 12-ci qələbələrinə imza atıblar. İtaliyalı mütəxəssislərin hesabında isə 13 titul var.

Bənzər xəbərlər