featured-image-24785

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enerike “Tottenhem”i çalışdıra bilər.

Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, London klubunun direktorlar şurasının sədri Deniel Levi idman direktoru Fabio Paratiçiyə namizəd məşqçilərin siyahısını hazırlamağı tapşırıb.
Siyahıda ilk sırada Enerike dayanır. Paratiçi “Barselona”nın sabiq baş məşqçisi haqqında yüksək fikirdədir.

Siyahıda həmçinin Oliver Qlasner (“Ayntraxt”), Ruben Amorim (Sportinq) və Luçano Spalletti də (Napoli) var.

Qeyd edək ki, Antonio Kontenin mövsümün sonunda istefaya göndəriləcəyi gözlənilir.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər