featured-image-16149

“Liverpul”un və “Barselona”nın keçmiş hücumçusu Luis Suaresin yeni komandası məlum olub.

Msport.az xəbər verir ki, son olaraq “Nasional”da çıxış edən uruqvaylı hücumçu “Los-Anceles Qalaksi”yə keçəcək.

Suaresin hazırkı klubu ilə müqaviləsi 2022-ci ilin sonunda başa çatacaq. 35 yaşlı forvard “Nasional”la Uruqvay çempionatının qalibi olub. O, cari mövsümdə bütün turnirlərdə 16 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər